Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlandı – Yenicag.Az

Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlandı – Yenicag.Az


Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib.

Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb. Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.

Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib.

2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/kecen-il-pensiya-odenisi-ucun-xerclenen-vesaitin-meblegi-aciqlandi/

Comments are closed, but trackbacks and pingbacks are open.