Keçmiş millət vəkili vəfat etdi – FOTO – Yenicag.Az

Keçmiş millət vəkili vəfat etdi – FOTO


Milli məclisin sabiq deputatı Aslan Abbasov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Xalq artisti Şahnaz Həşimova İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, A.Abbasov Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisin I çağırış deputatı olub. Bundan başqa o, 1988–1992 illərdə Gəncə şəhər Kəpəz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. A.Abbasov son olaraq Azərbaycan Texnologiya Universitetinin prorektoru idi.

71 yaşında vəfat edən sabiq məmur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.

Kecmis millət vəkili vəfat etdi – FOTO – YenicagAz

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/kecmis-millet-vekili-vefat-etdi-foto/

Comments are closed, but trackbacks and pingbacks are open.