Keşlədə 70 yaşlı ahıl kişi yıxılaraq ölüb

Keşlədə 70 yaşlı ahıl kişi yıxılaraq ölüb



Keslədə 70 yasli ahil kisi yixilaraq olub

Bakıda ahıl kişinin yıxılması ölümünə səbəb olub.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1951-ci il təvəllüdlü Əfqanlı Əlikram Əlibaba oğlu qəfil yıxılıb. Hadisə nəticəsində onun başı yol kənarındakı səkiyə dəyib.

Ağır xəsarət alan Ə. Əlikram xəstəxanaya çatdırıb, ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.





Mənbə: https://report.az/hadise/keslede-70-yasli-ahil-kisi-yixilaraq-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.