KİV: “Əfqanıstan bank sistemi böhran içindədir”

KİV: "Əfqanıstan bank sistemi böhran içindədir"



KIV Əfqanistan bank sistemi bohran icindədir

Əfqanıstanda əmanətçilər kütləvi şəkildə pullarını bankdan götürdükləri üçün bank sistemi maliyyə qıtlığı və problemli kreditlərin artması ilə üzləşib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, BMT İnkişaf Proqramı (UNDP) belə getsə, ölkədəki bank sisteminin tamamilə süqut edəcəyini, habelə xaricə köç axınının daha da artacağını bildirib.

UNDP-nin hesabatına görə, “Taliban” hərəkatının iqtidara gəlməsindən sonra ölkəyə maliyyə yardımlarının kəsilməsi, xarici banklardakı hesabların dondurulması üzündən vəziyyət daha da çətinləşib.

Əfqanıstanın bank sistemi əvvəllər xarici valyutalardan asılı olması nəticəsində 4 milyard dollar həcmindəki mövcud əfqani kütləsinin vur-tut 500 min dollarlıq hissəsi həqiqi tədavüldə olduğuna görə banklar vəsaitin nağdlaşdırılmasına məhdudiyyət tətbiq edib.

Vəziyyəti düzəltmək üçün hesabatda beynəlxalq maliyyə təsisatlarının köməyi ilə depozitlərin sığortası sistemini tətbiq etmək, kredit ödənişlərini təxirə salmaq imkanı yaratmaq, nağdsız hesablaşmaları təşfiq etmək təklif olunur.





Mənbə: https://report.az/diger-olkeler/kiv-efqanistan-bank-sistemi-bohran-icindedir/

Comments are closed, but trackbacks and pingbacks are open.