KİV: “Taliban” iki yerə bölünüb”

"Taliban" ABŞ-da dondurulmuş milyard dollarlıq ehtiyatlara çıxışı təmin etmək istəyir



fqanistanda numayislər zamani olənlər və yaralananlar var

“Taliban” hərəkatı Əfqanıstanda müvəqqəti hökumət qurduqdan sonra liderləri arasında ciddi ixtilaf yaranıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, hərəkatın liderləri iki yerə ayrılaraq prezident iqamətgahında mübahisə ediblər. Əsasən hərəkatın banilərindən biri, ABŞ-la danışıqlardakı baş müzakirəçi olmuş hazırkı hökumətdə baş nazir müavini Əbdülqəni Bəradər ilə “Haqqani şəbəkəsi” qrupunun rəhbərlərindən qaçqınlar naziri Xəlil ər-Rəhman Haqqani arasında qızğın mübahisələr gedir. Tərəflər arasında yeni hökumətdə kimin daha geniş səlahiyyətlər alacağına dair ciddi fikir ayrılıqları üzə çıxıb.

Belə ki, Bəradər daha mötədil yanaşma və diplomatik üsulların, Haqqani isə güc tətbiqinin tərəfdarı olaraq ortaya çıxır.





Mənbə: https://report.az/diger-olkeler/kiv-taliban-iki-qarsiduran-desteye-bolunub/

Comments are closed, but trackbacks and pingbacks are open.