Kiyev şəhər administrasiyasının nümayəndə heyəti Eldar Əzizov və Fuad Nağıyevlə görüşüb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Kiyev şəhər dövlət administrasiyasının (KŞDA) başçısının müavini Marina Hondanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 7-8-də Bakıya səfəri çərçivəsində Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə işgüzar görüşlər keçirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna səfirliyinin feysbuk səhifəsində yaydığı məlumatda deyilir.

“Səfərin əsas elementi Ukrayna və Azərbaycan paytaxtlarının turizm assosiasiyalarının və hər iki ölkənin qabaqcıl turizm operatorlarının iştirakı ilə Kiyev şəhərinin turizm potensialının təqdimatı idi. Forum zamanı Azərbaycan turizm biznesinin nümayəndələri Kiyev şəhərinin turizm infrastrukturu, tibbi, qastronomik, rekreativ və işgüzar turizmin imkanları ilə tanış olublar. Kiyev və Bakının turizm assosiasiyaları arasında Yol Xəritələri imzalanıb”, – məlumatda deyilir.

Tədbir çərçivəsində Azərbaycan KİV-i üçün geniş mətbuat konfransı keçirilib. Mətbuat konfransında ölkələr arasında postpandemiya dönəmində Ukrayna və Azərbaycan arasında turizm axınının artırılması məqsədilə turizm aktivliyinin bərpası, eləcə də infrastruktur layihələrin həyata keçirilməsi və yeni turizm məhsullarının hazırlanmasına dair tərəflərin planları səsləndirilib.





Mənbə: https://report.az/turizm/kiyev-seher-administrasiyasinin-numayende-heyeti-eldar-ezizov-ve-fuad-nagiyevle-gorusub/

Comments are closed, but trackbacks and pingbacks are open.