KOBİA sahibkarları onlayn görüşlərə dəvət edir

KOBİA sahibkarları bu ay təşkil olunacaq sahəvi görüşlərə dəvət edir



KOBIA sahibkarlari bu ay təskil olunacaq sahəvi goruslərə dəvət edir

Kənd təsərrüfatı, yüngül sənaye, istixana təsərrüfatı, arıçılıq və bal istehsalı, ictimai iaşə, turizm sahələrində fəaliyyət göstərən sahibkarlar üçün dövlət qurumlarının iştirakı ilə onlayn görüşlər təşkil olunacaq.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Bildirilir ki, sahibkarlar KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı və tədbirlərə qoşulmaq üçün keçid linklərini Agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).

Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların iştirakı ilə sahibkarları narahat edən məsələlər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

KOBİA sahibkarları iyun ayında keçiriləcək sahəvi görüşlərdə fəal iştiraka dəvət edir.





Mənbə: https://report.az/biznes-xeberleri/kobia-sahibkarlari-onlayn-goruslere-devet-edir/

Comments are closed, but trackbacks and pingbacks are open.