Kolumbiya və Peru Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

Kolumbiya və Peru Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib



Kolumbiya və Peru Vətən muharibəsi səhidlərinin xatirəsini yad edib

Azərbaycanda Anım Gününün qeyd olunması şərəfinə Kolumbiyanın paytaxtı Boqota şəhərinin simvolu olan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rənglərinə bürünüb. Eyni zamanda, binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri işıqlandırılıb.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Qeyd edilir ki, Peruda paytaxt Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə də Azərbaycan bayrağı və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri əks olunub.





Mənbə: https://report.az/xarici-siyaset/kolumbiya-ve-peru-veten-muharibesi-sehidlerinin-xatiresini-yad-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.