Kolumbiyada etirazlar zamanı 6 polis əməkdaşı xəsarət alıb

Kolumbiyada etirazlar zamanı 6 polis əməkdaşı xəsarət alıb



Kolumbiyada etirazlar zamani 6 polis əməkdasi xəsarət alib

Kolumbiyanın paytaxtı Boqotada etirazçılarla toqquşmaların gedişatında azı 6 polis zərər çəkib.

“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Tempo” qəzeti bildirib.

“Altı əməkdaş yaralandı, onları xəstəxanaya yerləşdirmək lazım gəldi”, – Boqota polisinin rəhbəri Elieser Kamaço deyib.

Qarışıqlıqlar çərşənbə günü baş verib. Vandallıq aktlarına görə 13 nəfər saxlanılıb.

Kolumbiyada aprelin 28-də vergi islahatına qarşı nümayişlər başlayıb. Boqotada, Kalidə, Medelinada və başqa şəhərlərdə etirazlar olub. Bundan sonra hökumət islahat planlarına dəyişikliklər etməyə razılaşıb, ölkənin maliyyə naziri Alberto Karraskilya istefa verib, ancaq etirazlar davam edir.

Qarışıqlıqlar zamanı 2,3 mindən çox insan xəsarət alıb, azı 50 nəfər həlak olub.





Mənbə: https://report.az/diger-olkeler/kolumbiyada-etirazlar-zamani-6-polis-emekdasi-xesaret-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.