Konfrans Liqası: “Bazel” “Kayrat”la oyunda əzmkar qələbə qazanıb

Konfrans Liqası: "Bazel" "Kayrat"la oyunda əzmkar qələbə qazanıb



Konfrans Liqasi Bazel Kayratla oyunda əzmkar qələbə qazanib

UEFA Konfrans Liqasının qrup mərhələsində V tura start verilib.

“Report”un məlumatına görə, turun açılış oyunları B və H qruplarına təsadüf edib.

B qrupunda Serbiya “Partizan”ı Estoniyada “Flora”ya minimal hesabla uduzub. Yeganə qolu 44-cü dəqiqədə Martin Miller vurub. Meydan sahibləri bu qələbədən sonra pley-offa vəsiqə şanslarını son tura saxlayıblar.

“Qarabağ”ın yer aldığı H qrupunda isə İsveçrə “Bazel”i Qazaxıstanda “Kayrat” üzərində əzmkar qələbə qazanıb. Qarşılaşmada hesabı 23-cü dəqiqədə Vaqner Lav açıb. Yeri gəlmişkən, bu, braziliyalı hücumçunun Almatı təmsilçisində sonuncu oyunu olub. Qonaqlar 45-ci dəqiqədə Artur Kabralın penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 56-cı dəqiqədə meydan sahibləri növbəti dəfə önə keçiblər. Lakin isveçrəlilər 69-cu dəqiqədə yenidən hesabı bərabərləşdiriblər. Bu dəfə Edon Jeqrova fərqlənib. Görüşdə son nöqtəni isə 73-cü dəqiqədə Paytim Kasami qoyub. Bu nəticədən sonra xallarını 11-ə çatdıran “Bazel” hələlik liderliyə yüksəlib. “Kayrat” isə 1 xalla sonuncudur.

Qeyd edək ki, H qrupunun digər oyununda “Qarabağ” Bakıda Kipr “Omoniya”sını qəbul edəcək. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Bu matçın nəticəsindən asılı olmayaraq, qrup qalibi son turda müəyyənləşəcək.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

B qrupu

19:30. “Flora” (Estoniya) – “Partizan” (Serbiya) – 1:0

Qol: Martin Miller, 44

00:00. “Anortosis” (Kipr) – “Gent” (Belçika)

Xal durumu: “Gent” – 10, “Partizan” – 7, “Flora” – 2, “Anortosis” – 2.

H qrupu

19:30. “Kayrat” (Qazaxıstan) – “Bazel” (İsveçrə) – 2:3

Qollar: Vaqner Lav, 23. Kamo Ohanesyan, 56 – Artur Kabral, 45 (pen.). Edon Jeqrova, 69. Paytim Kasami, 73

Qırmızı vərəqə: Yan Voroqovski, 90+3 (“Kayrat”)

21:45. “Qarabağ” (AZƏRBAYCAN) – “Omoniya” (Kipr)

Xal durumu: “Bazel” – 11 (5 oyuna), “Qarabağ” – 10, “Omoniya” – 2, “Kayrat” – 1 (5).





Mənbə: https://report.az/futbol-xeberleri/konfrans-liqasi-bazel-kayrat-la-oyunda-ezmkar-qelebe-qazanib/

Comments are closed, but trackbacks and pingbacks are open.