Konfrans Liqası: “Keşlə” Rusiyada darmadağın oldu

Konfrans Liqası: "Keşlə" Rusiyada darmadağın oldu



Konfrans Liqasi Keslə Rusiyada darmadagin oldu

Azərbaycan kubokunun son qalibi “Keşlə” UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Rusiyada “Soçi” klubu ilə qarşılaşıb. “Fişt” stadionunda oynanılan və albaniyalı referi Enea Yorcinin idarə etdiyi görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 10-cu dəqiqədə Soçi təmsilçisinin heyətində Rodriqo vurub. İlk hissə bu hesabla yekunlaşıb. “Keşlə” 67-ci dəqiqədə 2-ci qolu qapısında görüb. Bu dəfə Kristian Noboa penaltidən fərqlənib. 74-cü dəqiqədə qonaqların heyətində Rəhman Hacıyev zədələnərək meydanı tərk edib. Matçda son nöqtəni isə 81-ci dəqiqədə Maksim Barsov qoyub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq. Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Qarabağ” isə evdə İsrail “Aşdod”u ilə qolsuz heç-heçə edib.





Mənbə: https://report.az/futbol-xeberleri/konfrans-liqasi-kesle-rusiyada-darmadagin-oldu/

Comments are closed, but trackbacks and pingbacks are open.