Konfrans Liqası: Potensial rəqiblərin görüşlərində meydan sahibləri sevindi

UEFA Konfrans Liqasında mövsümün ilk püşkü atıldı



UEFA Konfrans Liqasinda movsumun ilk pusku atildi

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

“Report”un məlumatına görə, qarşılaşmalardan 3-ü Azərbaycan klublarının potensial rəqiblərinin iştirakı ilə keçirilib.

“Hammarbü” İsveçdə Sloveniya “Maribor”unu 3:1 hesabı ilə yenib. Qalib komandadan hər üç qolu 55, 64 və penalti ilə 87-ci dəqiqədə Astrit Selmani vurub. Qonaq komandadan isə 60-cı dəqiqədə Nino Judel fərqlənib.

Bu cütün qalibi növbəti mərhələdə “Çukariçki” (Serbiya) / “Sumqayıt” (Azərbaycan) görüşündən üstün ayrılan tərəflə qarşılaşacaq. “Gənclik şəhəri” təmsilçisi səfər oyununda heç-heçə edib – 0:0.

AEL Kiprdə Albaniya “Vlajniya”sını minimal hesabla yenib – 1:0. Yeganə qolu 45+2-ci dəqiqədə Stefan Skepoviç vurub. Cütün qalibi III təsnifat mərhələsində “Qarabağ”a rəqib ola bilər. Bunun üçün Ağdam komandası evdə qolsuz heç-heçə etdiyi “Aşdod”u İsraildə yenməlidir.

Nəhayət, “Partizan” Serbiyada Slovakiyanın “Dunayska Streda” klubunu eyni hesabla məğlubiyyətə uğradıb. Qolun müəllifi isə 19-cu dəqiqədə Lazar Markoviç olub. “Soçi”yə Rusiyada 0:3 hesabı ilə uduzmuş “Keşlə” cavab görüşündə möcüzə edə bilsə, məhz bu cütün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin təkrar oyunları iyulun 27-də və 29-da olacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/konfrans-liqasi-potensial-reqiblerin-goruslerinde-meydan-sahibleri-sevindi/

Comments are closed, but trackbacks and pingbacks are open.