Konqoda gəmi batıb, 51 nəfər ölüb, 69 nəfər itkin düşüb

Konqoda gəmi batıb, 51 nəfər ölüb, 69 nəfər itkin düşüb



Konqoda gəmi batib 51 nəfər olub 69 nəfər itkin dusub

Konqo Demokratik Respublikasının şimal qərbində yerləşən Konqo çayında gəminin batması nəticəsində yüzdən çox insan ölüb və ya itkin düşüb.

“Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ölkənin Monqal əyalətinin nümayındəsi Nestor Maqbado bildirib.

Onun sözlərinə görə, çaydan 51 nəfərin meyiti çıxarılıb, 69 nəfər itkin düşüb.

Yerli hakimiyyət gəmi qəzasında ölənlərin xatirəsini yad etmək üçün oktyabrın 11-dən 3 günlük matəm elan edib.





Mənbə: https://report.az/diger-olkeler/konqoda-gemi-batib-51-nefer-olub-69-nefer-itkin-dusub/

Comments are closed, but trackbacks and pingbacks are open.