Konqoda silahlı hücum zamanı 50 dinc sakin öldürülüb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Konqo Demokratik Respublikasının İturi əyalətinin Cuqu şəhərinə silahlı hücum olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hücum Konqonun İnkişafı Uğrunda Alyans” (CODECO) adlı silahlı qrup tərəfindən təşkil olunub.

Hücum zamanı əksəriyyəti qadın və uşaq olmaqla azı 50 mülki şəxs həyatını itirib.

Qruplaşma üzvləri yerli xəstəxanaları və ibadət yerlərini qarətindən sonra şəhəri tərk ediblər.

Konqo prezidenti zorakılıq hallarının artdığı Şimali Kivu və İturi əyalətlərində təhlükəsizliyə nəzarət üçün 7 may 2021-ci ildə hərbi vəziyyət elan edib. Hərbi qaydalar çərçivəsində bölgədəki mülki məmurlar işdən çıxarılıb və onların yerinə hərbçilər təyin edilib.

Konqonun şərqində fəaliyyət göstərən üsyançıların hücumları nəticəsində 2014-cü ildən indiyə kimi azı 7 000 mülki şəxs öldürülüb.





Mənbə: https://report.az/diger-olkeler/konqoda-silahli-hucum-zamani-50-dinc-sakin-oldurulub/

Comments are closed, but trackbacks and pingbacks are open.