Koronavirus xəstəsi mağazada saxlanıldı

Koronavirus xəstəsi mağazada saxlanıldı


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Axşam.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilən rayon sakini Aşa Musayeva qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisindəki telefon mağazasında aşkarlanıb. Onunla izahedici söhbətlər aparılıb və evinə geri qaytarılıb.

A.Musayevanın barəsində Oğuz RPŞ-də araşdırma aparılır.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=139741

Comments are closed, but trackbacks and pingbacks are open.