Koronavirusa qarşı kapsul şəklində vaksin yaradıldı

Koronavirusa qarşı kapsul şəklində vaksin yaradıldı



Koronavirusa qarsi kapsul səklində vaksin yaradildi

İsraildə ilk dəfə koronavirusa qarşı kapsul şəklində vaksin hazırlanıb.

“Report” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə “Oramed Pharmaceutical” şirkətinin rəhbəri Nadav Kidron bildirib. O, müvafiq sənədləşmədən və Səhiyyə Nazirliyinin təsdiqindən sonra “Oravax Medical” törəmə müəssisəsi tərəfindən yaxın həftələrdə Təl-Əvivdəki Sourasky Tibb Mərkəzində klinik sınaqlara başlanacağını deyib. 6 həftə davam edəcək sınaqlarda iştirak edəcək 24 könüllünün yarısı bir, digər yarısı isə iki kapsul qəbul edəcək. Könüllülər daha əvvəl başqa peyvəndlərlə aşılanmamış şəxslər olacaqlar.

Şirkət rəhbərinin dediyinə görə, yeni vaksin COVID-19-un variantlarına qarşı da təsirlidir.

Qeyd edək ki, sözügedən vaksinin hazırlanması ilə bağlı bu ilin mart ayında “Oramed” ilə Hindistanın “Premas Biotech” şirkətinin birgə müəssisə yaradacağı elan edilmişdi.





Mənbə: https://report.az/sehiyye-xeberler/koronavirusa-qarsi-agizdan-qebul-edilen-ilk-derman-yaradildi/

Comments are closed, but trackbacks and pingbacks are open.