Koronavirusa yoluxan hamilə qadınlar normal doğuş edə bilər?

Koronavirusa yoluxan hamilə qadınlar normal doğuş edə bilər?


“Koronavirusa yoluxmuş hamilə qadınların normal doğuş etməsi mümkündür”.

Axşam.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin ginekoloqu Təranə Həsənova bildirib. O qeyd edib ki, lakin xəstə çox ağır vəziyyətdədirsə, təcili keysəriyyə əməliyyatı aparılır.

“Koronavirusa yoluxan xəstələrə qanı durulaşdırmaq üçün verilən dərmanlar bəzən ağırlaşmalara səbəb olur. Lakin bizim artıq bu baxımdan bir illik təcrübəmiz var və biz bunun qarşısını alırıq. COVID-ə yoluxmuş ananın vəziyyəti tamamilə düzələnə qədər övladına süd verməyi tövsiyə etmirik. Çünki bu zaman ana ilə övlad arasında çox yaxın təmas yaranır və yenidoğulmuşa xəstəlik keçə bilər. Ona görə də ana südünü sağıb uşağa vermək olar”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=139292

Comments are closed, but trackbacks and pingbacks are open.