Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb

Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb



Koronavirusa yoluxan sagird və muəllimlərin sayi aciqlanib

Mayın 17-dən iyunun 5-dək Sumqayıt şəhərində 14 şagirdin, Gəncə şəhərində 1 şagirdin və Abşeron rayonunda 2 şagirdin hərarəti olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərarəti yüksək olan işçi heyəti qeydə alınmayıb. Həmin müddətdə Sumqayıt şəhərində 19 şagird və 9 işçi heyətinin, Şəki şəhərində 1 şagird və 1 işçi heyətinin, Gəncə şəhərində 11 şagird və 1 işçi heyətinin, Abşeron rayonunda isə 10 şagird və 8 işçi heyətinin koronavirus analizinin nəticəsi müsbət çıxıb: “Həmin müddət ərzində qeyd olunan ərazilərdə distant təhsilə keçirilən məktəb olmayıb”.





Mənbə: https://report.az/elm-ve-tehsil-xeberleri/koronavirusa-yoluxan-sagird-ve-muellimlerin-sayi-aciqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.