Koronavirusa yoluxanların sayı açıqlandı | Report.az

Koronavirusa yoluxanların sayı açıqlandı | Report.az


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, bu gün koronavirusdan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 629 nəfər müalicə olunaraq sağalıb, 4 999 nəfər vəfat edib. 2 646 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7655, bu günə qədər isə ümumilikdə 3 943 568 test icra olunub.

Koronavirusa yoluxanlarin sayi aciqlandi Reportaz





Mənbə: https://report.az/sehiyye-xeberler/koronavirusa-yoluxanlarin-sayi-aciqlandi/

Comments are closed, but trackbacks and pingbacks are open.