Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanat son dərəcə vacib əhəmiyyət kəsb edir”

Dmitri Peskov: “ABŞ Kabildəki terrorun araşdırılması üçün Rusiyaya müraciət etməyib”



Dmitri Peskov ABS Kabildəki terrorun arasdirilmasi ucun Rusiyaya muraciət etməyib

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini sözlə ifadə etmək çətindir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“İmzalanmış sənədləri həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacib əhəmiyyətli, həmçinin müharibəyə son qoyaraq, regional iqtisadiyyat və infrastrukturun sülh yolu ilə inkişafına şərait yaradan sənədlər kimi qiymətləndiririk”, – o deyib.

“Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi, atəşkəs rejiminin monitorinqini, qaçqınların geri qaytarılması prosesini təmin edirlər. Bu son dərəcə vacib əhəmiyyətə malikdir. Bu səbəbdən imzalanmış sənədlərin əhəmiyyətini sözlə ifadə etmək çətindir”, – Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb. 





Mənbə: https://report.az/xarici-siyaset/kreml-qarabagla-bagli-ucterefli-beyanat-son-derece-vacib-ehemiyyet-kesb-edir/

Comments are closed, but trackbacks and pingbacks are open.