Kürdəmirdə 50 yaşlı kişi bıçaqlanıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Kürdəmirdə 50 yaşlı kişi bıçaqlanıb.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Xırdapay kəndində qeydə alınıb. Belə ki, kəndin 50 yaşlı sakini Kərimov Vasif Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb.

Ağır xəsarət alan V.Kərimov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona xəsarət yetirməkdə qardaşı şübhəli bilinir.

Fakt araşdırılır.





Mənbə: https://report.az/hadise/kurdemirde-50-yasli-kisi-bicaqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.