Kürdəmirdə avtomobil aşıb, 2 nəfər ölüb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı minik avtomobilin sürücüsü yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonuna aparıldığı bildirilir.

Ölənlərin meyitləri meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/kurdemirde-avtomobil-asib-2-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.