KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb

KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb



KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atib

KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb.

“Report”un məlumatına görə, bu barədə “Renhap” Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verib.

“Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (mərmi buraxılışı barədə- red) məlumat yayıb”, – agentlik xəbər verib.

Hərbçilər mərmi haqqında əlavə məlumatları təhlil edir.

Bu, KXDR-in 2022-ci ildə silahlarının ikinci sınağıdır. Əvvəlki hadisə yanvarın 5-də baş verib. Şimali Koreya daha sonra 700 kilometr uçan və hədəfi dəqiq vuran səsdən sürətli raketi sınaqdan keçirdiyini açıqlayıb.

KXDR ötən il sonuncu dəfə oktyabrda raket sınaqları keçirib. Sonra o, sualtı qayıqların yeni ballistik raketlərini işə salıb.





Mənbə: https://report.az/diger-olkeler/kxdr-yapon-denizi-istiqametinde-namelum-mermi-atib/

Comments are closed, but trackbacks and pingbacks are open.