Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb



Lənkəran sakinlərindən qanunsuz odlu silahlar askarlanib

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Qəniyev, Q.Məmmədov, S.Tağıyev, Ş.Şirvanov, M.İsmayılov, F.Ağayev və T.Nüsrətzadədən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.





Mənbə: https://report.az/hadise/lenkeran-sakinlerinden-qanunsuz-odlu-silahlar-askarlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.