İqtisadiyyat

Lənkəranda gənc qadın özünü 3-cü mərtəbədən atıb

Lənkəranda intihar hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Zövlə kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Rəsilə İlqar qızı Əsədova yaşadığı evin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Müxtəlif dərəcəli xəsarətlər alan R.Əsədova təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. R.Əsədova ailəlidir, iki övladı var. Onun psixoloji problemlərinin olduğu söylənilir.

Faktla bağlı araşdırma aparılır.




Mənbə: https://report.az/hadise/lenkeranda-genc-qadin-ozunu-3-cu-mertebeden-atib/

Related Articles

Back to top button