Lənkəranda körpə ölümü baş verib

Bakıda üzərinə qapı düşən körpə ölüb



Lənkəranda korpə olumu bas verib

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Səpnəkəran kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsindən sonra N.Ağazadənin öldüyü məlum olub. Körpə xəstəxanaya gətirilənədək yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/lenkeranda-korpe-olumu-bas-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.