Latın Amerikası ölkələri Folklend adalarını Argentinaya verməyə çağırıb

Latın Amerikası ölkələri Folklend adalarını Argentinaya verməyə çağırıb



Latin Amerikasi olkələri Folklend adalarini Argentinaya verməyə cagirib

Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinə (CELAC) üzv olan ölkələr Böyük Britaniya ilə Folklend Adalarının mülkiyyətinə dair mübahisədə Argentinaya dəstək veriblər.

“Report” bu barədə qurumun bəyanatına istinadən xəbər verir.

“CELAC suverenlik mübahisəsində Argentinanın qanuni hüquqlarını dəstəkləyir və bu mübahisənin ən qısa zamanda sülh yolu ilə həlli üçün danışıqlar aparılır “, – sənəddə deyilir.

Qeyd edək ki, Folklend adaları Atlantik okeanının cənub-qərb hissəsində yerləşir və Böyük Britaniya ərazisi hesab olunur. Arxipelaq iki böyük adadan və 700-dən çox kiçik adadan ibarətdir.

Argentina təxminən 200 ildir ki, Folklend adalarına nəzarəti ələ keçirməyə çalışır. 1982-ci ilin aprelində Cənubi Amerika ölkəsi arxipelaqı ələ keçirib. İngiltərənin Baş naziri Marqaret Tetçer əraziyə nəzarəti bərpa etmək üçün qoşun göndərib.





Mənbə: https://report.az/diger-olkeler/latin-amerikasi-olkeleri-folklend-adalarini-argentinaya-vermeye-cagirib/

Comments are closed, but trackbacks and pingbacks are open.