Latviyada 3 aylıq fövqəladə vəziyyət elan edilib

Latviyada 3 aylıq fövqəladə vəziyyət elan edilib



Latviyada 3 ayliq fovqəladə vəziyyət elan edilib

Latviya hökuməti koronavirusa yoluxma sayının artması səbəbindən ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə yerli LETA agentliyi məlumat yayıb.

Müvafiq qərar oktyabrın 11-dən qüvvəyə minəcək.

Hökumət qərarı koronavirusun sürətlə yayılmasını məhdudlaşdırmaq üçün verdiyini bəyan edib.

Bununla yanaşı, ölkədə peyvənd edilməyən çoxlu sayda insanın olduğu deyilir. Bu qərarla peyvənd olunmayanlar üçün daha sərt məhdudiyyətlər tətbiq ediləcək. Eyni zamanda qərara riayət olunmasına nəzarət gücləndiriləcək.

Qeyd edək ki, Latviyada artıq iki dəfə koronavirusa görə fövqəladə vəziyyət rejimi elan edilib. Pandemiyanın başlamasından indiyə kimi ölkədə virusa 166 553 yoluxma qeydə alınıb, 2 783 nəfər ölüb, 149 252 nəfər sağalıb.





Mənbə: https://report.az/diger-olkeler/latviyada-3-ayliq-fovqelade-veziyyet-elan-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.