Ledi Qaqanın çoxdandır gözlənilən filminin qalası oldu

Ledi Qaqanın çoxdandır gözlənilən filminin qalası oldu - Fotolar


Ötən gün Londonda rejissor Ridli Skottun ekranlaşdırdığı “House of Gucci” filminin premyerası olub.

Axşam.az xəbər verir ki, baş rollardan birini canlandıran müğənni Ledi Qaqa və digər aktyorlar Salma Hayek, Jared Leto, Adam Drayer qırmızı xalçada obyektivlərə poz verib.

Filmin ulduzları gecəyə “Gucci” brendindən olan əlbisələrlə qatılıb. Hayek qızılı, Ledi Qaqa bənövşəyi paltara, Jared isə firuzəyi rəngli məxmər kostyuma üstünlük verib.

Qeyd edək ki, filmin süjeti moda evinin banisinin nəvəsi Mauritsio Qucci və onun həyat yoldaşı Patritsiya Redciani arasındakı münasibətdən bəhs edir. Onların rollarını Adam Drayer və Ledi Qaqa ifa ediblər.

12 il evli qaldıqdan sonra cütlük boşanıb. Maurizio arvadını başqa bir qadın üçün tərk edib. Bir neçə ildən sonra Patrisiya keçmiş ərinin öldürülməsini əmr edib. O, Mauritsionu qətlə yetirdiyinə görə, 29 il müddətinə azadlıqdan məhrum edilib və 2016-cı ildə azadlığa buraxılıb.

Onu canlandıran Ledi Qaqa etiraf edib ki, o, obrazına görə psixoloji problemlər yaşamağa başlayıb.

 

Ledi Qaqanin coxdandir gozlənilən filminin qalasi oldu

1636532724 971 Ledi Qaqanin coxdandir gozlənilən filminin qalasi oldu

1636532724 749 Ledi Qaqanin coxdandir gozlənilən filminin qalasi oldu

1636532724 382 Ledi Qaqanin coxdandir gozlənilən filminin qalasi oldu

1636532724 155 Ledi Qaqanin coxdandir gozlənilən filminin qalasi oldu

1636532724 865 Ledi Qaqanin coxdandir gozlənilən filminin qalasi oldu

1636532724 153 Ledi Qaqanin coxdandir gozlənilən filminin qalasi oldu



Mənbə: https://axsam.az/?name=xeber&news_id=138673

Comments are closed, but trackbacks and pingbacks are open.