“Legiya” klubu növbəti dəfə baş məşqçisini dəyişir

"Legiya" klubu növbəti dəfə baş məşqçisini dəyişir



Legiya klubu novbəti dəfə bas məsqcisini dəyisir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu növbəti dəfə baş məşqçisini dəyişdirməyi planlaşdırır.

“Report” “Polsatsport” nəşrinə istinadən xəbər verir ki, Avropa çempionatından sonra Şimali Makedoniya yığmasından ayrılan İqor Angelovski Varşava təmsilçisinin sükanı arxasına keçə bilər.

45 yaşlı mütəxəssisin hazırkı baş məşqçi Marek Qolebiyevskini əvəzləyəcəyi iddia olunur. Lakin son ölkə çempionu Çeslav Mixneviçin istefaya göndərilməsindən sonra Qolebiyevskinin ən azı mövsümün sonunadək postunda qalacağını açıqlamışdı.

“Legiya”da yunanıstanlı Yorqos Donis və rusiyalı Stanislav Çerçesov da namizədlərdən biridir.





Mənbə: https://report.az/futbol-xeberleri/legiya-klubu-novbeti-defe-bas-mesqcisini-deyisir/

Comments are closed, but trackbacks and pingbacks are open.