“Legiya”nın hücumçusu qarət olunub | Report.az

"Legiya"nın hücumçusu qarət olunub | Report.az



Legiyanin hucumcusu qarət olunub Reportaz.jfif

Polşa “Legiya”sının futbolçusu Tomaş Pexartın evi qarət olunub.

“Report”un məlumatına görə, bu barədə çexiyalı hücumçu “Interia Sport”a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar.

Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticələrini gözlədiklərini bildirib.

Qeyd edək ki, Tomaş Pexart 2022-ci ilin fevralından “Legiya”da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.





Mənbə: https://report.az/futbol-xeberleri/legiya-nin-hucumcusu-qaret-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.