Leysan yağış Gəncədə bir sıra fəsadlar törədib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Gəncədə yağan leysan yağışlar nəticəsində bir neçə ev həyətyanı sahəsi ilə birlikdə su içində qalıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, axşam saatlarında yağan güclü yağış səbəbindən Gəncə şəhərinin Məhsəti qəsəbəsində bəzi evlərə yağış suları dolub.

Bununla yanaşı, küçə yollarında hərəkətdə də çətinliklər yaranıb.

Qeyd edək ki, hazırda yağıntılı hava şəraiti davam edir.





Mənbə: https://report.az/hadise/leysan-yagis-gencede-bir-sira-fesadlar-toredib/

Comments are closed, but trackbacks and pingbacks are open.