“Lider TV”nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb

“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb



Lider TVnin sabiq əməkdasini oldurən səxsə irəli surulən maddə agirlasdirilib

Bakıda qadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, N.Həsənova əvvəllər “Lider” Televiziyasında texniki şöbədə işləyib.





Mənbə: https://report.az/hadise/bakida-qadini-qetle-yetiren-sexsin-cinayet-isi-uzre-ittihami-agirlasdirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.