Livanda nümayişçilərə atəş açanların kimliyi müəyyənləşib, saxlanılanlar var

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Livan ordusu paytaxt Beyrutda nümayişçilərə atəş açan silahlıların kimliyini müəyyən edə bilib.

“Report” xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

Hadisə ilə bağlı ümumilikdə 9 nəfər saxlanılıb.

Qeyd edək ki, “Haraket Amal” partiyasının tərəfdarları oktyabrın 14-də Livanın Tayuni bölgəsinə toplaşıblar. Nümayişçilər keçən il Beyrut limanında baş verən partlayış işini nəzərdən keçirən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb. Yerli mətbuatın yazdığına görə, atışma nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb.
 





Mənbə: https://report.az/diger-olkeler/livanda-numayiscilere-ates-acanlarin-kimliyi-mueyyenlesib-saxlanilanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.