Lüksemburq millisinin kapitanı: “Azərbaycan evdə yaxşı çıxış edir”

Lüksemburq millisinin kapitanı: "Azərbaycan evdə yaxşı çıxış edir"



Luksemburq millisinin kapitani Azərbaycan evdə yaxsi cixis edir

“2 il öncəki oyunla indikini müqayisə etmək çətindir”.

“Report”un məlumatına görə, bunu Lüksemburq millisinin kapitanı Loran Yans Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı futbolçu qrupun ilk matçında nisbətən bərabər oyunun getdiyini söyləyib: “Amma biz qələbəyə daha layiq idik. Sabah da bunun üçün oynayacağıq. Rəqib evdə yaxşı çıxış edir. Lakin hədəfimiz 3 xaldır”.

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Lüksemburq matçı saat 21:00-da başlayacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/lukemburq-millisinin-kapitani-azerbaycan-evde-yaxsi-cixis-edir/

Comments are closed, but trackbacks and pingbacks are open.