Məcburi köçkünlər Prezidentə təşəkkür ediblər: “Hər zaman bizimlə birlikdə olub”

Məcburi köçkünlər Prezidentə təşəkkür ediblər: "Hər zaman bizimlə birlikdə olub"



Məcburi kockunlər Prezidentə təsəkkur ediblər Hər zaman bizimlə birlikdə olub

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə məcburi köçkünlərin 30 illik yurd həsrətindən danışıb.

Dövlət başçısı deyib ki, məcburi köçkünlər nə qədər əzab-əziyyət çəksələr də, sınmayıblar, möhkəm dayanıblar. Bunu söyləyərkən ölkəmizin rəhbərinin mütəəssir olması onunla söhbətləşən türkiyəli jurnalisti də təsirləndirib. Müsahibənin bu anı xüsusilə geniş ictimai rezonans doğurub. Məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, hər zaman onların müraciətlərinə, problemlərinin həllinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdardırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi sorğu nəticəsində məlum olur ki, məcburi köçkünlər də dövlətin diqqət və qayğısından razıdırlar.

Kəlbəcər sakini Tahirə Şükürova: “Prezidentimiz torpaqlarımızı düşmən işğalından azad etdi. Bir ildən sonra öz hisslərini göstərərək bəyan etdi ki, bu illərdə məcburi köçkünlərlə birgə ağlayıb, ürəyi dolu olub, amma lider kimi öz hissini heç kimə bildirməyib. Prezident İlham Əliyev siyasi liderlik və sərkərdəlik qabiliyyəti ilə torpaqlarımızın azadlığına nail oldu”.

Laçın rayon sakini Solmaz Məhərrəmova: “Cənab Prezidentin müsahibəsində onun nə qədər kövrək olduğunu, məcburi köçkünlərin çəkdikləri əzabları necə qəbul etdiyini gördüm. Dövlət başçımızın bu qədər kövrək insan olduğunu bilmirdim. Gördüm ki, o, necə səmimi və kövrək insandır”.

Məcburi köçkünlərlə söhbət əsasında hazırlanan videoçarxları təqdim edirik.





Mənbə: https://report.az/daxili-siyaset/mecburi-kockunler-prezidente-tesekkur-edibler-her-zaman-bizimle-birlikde-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.