Mədəniyyət naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradına münasibət bildirdi

Mədəniyyət naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradına münasibət bildirdi



Mədəniyyət naziri Samir Sərifovun kino sahəsi ilə bagli iradina munasibət.jfif

Mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasında kino sahəsi ilə bağlı iradlarına cavab verib.

“Report” xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bu iradın köhnə dövrə aid olduğunu bildirib.

“Bizə elə gəlir ki, bu köhnə dövrə aid olan məsələdir. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik. Qısa zamanda kifayət qədər işlər görülüb. Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir və bu, uzunmüddətli prosesdir. Hazırda AzərbaycanFilm Kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, təmir-bərpa işləri də gözlənilir. Kino konsepsiya yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq” – deyə nazir əlavə edib.





Mənbə: https://report.az/medeniyyet-siyaseti/medeniyyet-naziri-samir-serifova-cavab-verdi/

Comments are closed, but trackbacks and pingbacks are open.