Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.

“Report”un məlumatına görə, bir sıra mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib.

İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib.

Qeyd edək ki, hazırda qala divarlarında təmir işləri davam edir.





Mənbə: https://report.az/medeniyyet-siyaseti/medeniyyet-xadimleri-qala-divarlari-yuxari-ve-asagi-govher-aga-mescidlerini-ziyaret-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.