Məhkəmə Özcanın oğlu ilə bağlı qərarı açıqladı

Məhkəmə Özcanın oğlu ilə bağlı qərarı açıqladı


Müğənni-aktyor Özcan Dənizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasındakı qalmaqallı məhkəmə işi yekunlaşıb.

Axşam.az xəbər verir ki, məhkəmə cütlüyün övladları Kuzeyin qəyyumluğuna dair müraciətlə bağlı qərarı açıqlayıb.

İstanbul 17-ci Ailə Məhkəməsinin qəbul etdiyi qərara əsasən, uşağın qəyyumluğu anada, yəni Feyzada qalacaq. Bundan başqa, Özcanın övladını görə biləcəyi günlərin sayı artırılıb.

Qeyd edək ki, Özcanla Feyza 2018-ci ildə ailə qurub, bir il sonra isə boşanıb.

Məhkəmə Ozcanin oglu ilə bagli qərari aciqladi



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140343

Comments are closed, but trackbacks and pingbacks are open.