Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq


Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə veriləcək.

Axşam.az xəbər verir ki, bu barədə məlumat təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında əksini tapıb.

Sənədə əsasən, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində – Azərbaycan dilində tədris olunacaq.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=135580

Comments are closed, but trackbacks and pingbacks are open.