Məlalə ərə getdi – Fotolar

Məlalə ərə getdi - Fotolar


Gənc yaşda Nobel Sülh Mükafatına layiq görülən Məlalə Yusəfzay ailə həyatı qurub.

Axşam.az xəbər verir ki, bu barədə o, Pakistanın Kriket Şurasının baş meneceri Asser Malik ilə fotosunu instaqram hesabında paylaşaraq məlumat yayıb.

Toy İngiltərənin Birminhem şəhərində baş tutub. Mərasim müsəlman adət-ənənələrinə uyğun keçirilib.

Onun 2019-cu ildən bəri Asserlə görüşdüyü bildirilib.

Qeyd edək ki, Məlalə 11-12 yaşı olanda BBC Urdu üçün gizli ad altında Svat əyaləti Taliban işğalı altında olanda öz həyatı haqqında bloq yazır. Növbəti yay bu ərazi Pakistan ordusunun nəzarəti altına keçdikdən sonra, jurnalist Adam B.Ellick “New York Times” üçün onun həyatından bəhs edən sənədli film hazırlayır. Qısa müddətdə o, tanınmağa başlayır, televizor kanallarına və nəşrlərə müsahibələr verir.

O, 9 oktyabr 2012-ci il tarixində Svat rayonunda imtahandan gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfində güllələnir. Uzunmüddətli müalicələrdən sonra ayağa qalxan Məlalə azyaşlıların, xüsusən qızların təhsil ala bilməsi üçün çalışmağa başlayır.

Qız 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülür və 17 yaşında ən gənc laureat olur. BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə günü elan edir.

 

Məlalə ərə getdi Fotolar

1636547366 139 Məlalə ərə getdi Fotolar

1636547366 299 Məlalə ərə getdi Fotolar

1636547366 155 Məlalə ərə getdi Fotolar

1636547367 846 Məlalə ərə getdi Fotolar



Mənbə: https://axsam.az/?name=xeber&news_id=138687

Comments are closed, but trackbacks and pingbacks are open.