“Məni sevməyənlər motivasiyamı artırır” – 45 yaşlı Tünzalə

“Məni sevməyənlər motivasiyamı artırır” - 45 yaşlı Tünzalə


Bu gün Xalq artisti Tünzalə Ağayevanın ad günüdür.

Axşam.az xəbər verir ki, müğənninin 45 yaşı tamam olur. Özü ilə bağlı paylaşım edən Ağayeva bunları yazıb:

“45 yaşımın gözəlliyini, kefini çıxartmağımı, dolu yaşamağı diləyirəm özümə. Bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir. Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən “pis, neqativ“ adlandırdığım insan və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə, sevənlərimə həmişə minnətdaram. Sevməyənlər də sağ olsunlar – motivasiyamın artmasına səbəb olduqları üçün”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137930

Comments are closed, but trackbacks and pingbacks are open.