Mərdəkanda əl qumbarası aşkarlandı – VİDEO – Yenicag.Az

Mərdəkanda əl qumbarası aşkarlandı – VİDEO – Yenicag.Az


Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkarlanıb.

Sursat zərərsizləşdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/merdekanda-el-qumbarasi-askarlandi-video/

Comments are closed, but trackbacks and pingbacks are open.