Mərdəkanda əl qumbarası aşkarlanıb | Report.az

Mərdəkanda əl qumbarası aşkarlanıb | Report.az


Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilib.

“Report”un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkarlanıb.

Sursat zərərsizləşdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Mərdəkanda əl qumbarasi askarlanib Reportaz





Mənbə: https://report.az/hadise/merdekanda-doyuse-yararli-el-qumbarasi-askarlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.