Mərkəzi Bank Xaçmazda “İnvestisiya səyahəti” layihəsi həyata keçirib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycann Mərkəzi Bank (AMB) tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarına dair maarifləndirmə işlərinin aparılması məqsədilə həyata keçirilən “İnvestisiya səyahəti” layihəsinin icrasına start verilib. Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə 20 oktyabr 2021-ci il tarixində ilk investisiya səyahəti həyata keçirilmiş və Xaçmaz rayonunda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlarla görüş keçirilib.

Tədbirdə kapital bazarının mütəxəssisləri tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri çatdırılmış, eyni zamanda investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılmış və maliyyələşmə imkanları dəyərləndirilib.

Mərkəzi Bank, KOBİA və kapital bazarı iştirakçılarının birgə təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcəkdir.





Mənbə: https://report.az/maliyye-xeberleri/merkezi-bank-xacmazda-investisiya-seyaheti-layihesi-heyata-kecirib/

Comments are closed, but trackbacks and pingbacks are open.