Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir


Aktrisa Özge Özpirinççi münasibətdə olduğu Burak Yamantürkə ərə gedir.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, altı aylıq hamilə olan aktrisa Burakla bu gün Marmarisdə dünya evinə girəcək. Məşhur cütlük sadə bir mərasimlə, yalnız ailə üzvləri və yaxın dostlarının iştirakı ilə nikah masasına əyləşəcək.

Övladları dünyaya gəldikdən sonra ikili İstanbulda daha böyük toy mərasimi təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, Özge sonuncu dəfə “İlk ve son” serialında rol alıb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136630

Comments are closed, but trackbacks and pingbacks are open.