Məşhur cütlüyün qalmaqallı evliliyi film olacaq

Məşhur cütlüyün qalmaqallı evliliyi film olacaq


Hollivud ulduzu Conni Depp və keçmiş həyat yoldaşı Ember Herdin həyatından sənədli film hazırlanacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qalamaqallı şəkildə boşanan cütlüyün evliliyi haqda çəkiləcək film iki bölümdən ibarət olacaq.

Ekran işində onların məhkəməyə təqdim etdiyi audio və video faktlardan da istifadə olunması planlaşdırılır.

Yayım tarixi açıqlanmayan sənədli film “Discovery+” kanalında nümayiş etdiriləcək.

Qeyd edək ki, Conni və Herd 2015-ci ildə ailə qurublar. Aktrisa 2016-cı ilin mayında Deppi məişət zorakılığında günahlandıraraq məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Boşanma prosesi səkkiz ay davam edib və Herd keçmiş ərindən 7 milyon dollar təzminat alıb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=139149

Comments are closed, but trackbacks and pingbacks are open.