Məşhur karikaturaçı Türkiyənin Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkdi

Məşhur karikaturaçı Türkiyənin Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkdi



Məshur karikaturaci Turkiyənin Bakida kecirəcəyi oyunlarla bagli rəsm cəkdi

Məşhur karikaturaçı Omar Momani Türkiyə millisinin AVRO-2020-nin A qrupunda Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkib.

“Report”un məlumatına görə, rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını və Alov qüllələrini təsvir edib.

Rəsmin üzərində isə bu sözlər yazılıb: “Görəsən, qardaşlar Türkiyə millisinə özlərini evdəki kimi hiss etdirə biləcək”?

Qeyd edək ki, “ay-ulduzlular” Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/meshur-karikaturaci-turkiyenin-bakida-kecireceyi-oyunlarla-bagli-resm-cekdi/

Comments are closed, but trackbacks and pingbacks are open.