Məşhur model islamı qəbul etdi

Məşhur model islamı qəbul etdi


Rusiyalı model Anastasiya Reşetova islam dinini qəbul edib.

Axşam.az xəbər verir ki, bu barədə daha əvvəl də yayılan məlumatları model özü instaqram hesabında təsdiqləyib. 

“Bəli, bu barədə danışmamışam. Düşünürəm ki, bu ən yaxın olan insanlarla müzakirə edilməlidir” deyə, o, bildirib.

Anastasiya islam dinini qəbul etməsininin münasibətdə olduğu ərəb şeyxi və ya çeçen iş adamı ilə əlaqədar olmasına dair iddialara da aydınlıq gətirib:

“Bir kişiyə görə müsəlman olmadım. İnsan özü belə bir qərara gəlməlidir, kənardan kiminsə köməyi ilə deyil. Mənə gəldikdə isə, qərara kimsə təsir edərsə, bu, səmimi olmaz”.

Qeyd edək ki, bir zamanlar Timati ilə sevgili olan Anastasiyanın reperdən Ratmir adlı oğlu var.

Məshur model islami qəbul etdi

1633598330 944 Məshur model islami qəbul etdi



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137389

Comments are closed, but trackbacks and pingbacks are open.