Mətanət getdi, Mikayıl gəldi

Mətanət getdi, Mikayıl gəldi


Yeni televiziya mövsümündə telekanallarda bir çox aparıcı dəyişikliyi edilib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, MTV-də də yeni simalar görünəcək. Aparıcı Mətanət Əliverdiyeva sözügedən kanldakı fəaliyyətinə son qoyub. O, bundan sonra yalnız “Xəzər TV”dəki proqramı ilə efirə çıxacaq. 

MTV-yə yeni gələn simalar arasında Mikayıl Güləddinoğlu yer alır. O, DTV ilə yollarını ayırıb.

Qeyd edək ki, M.Əliverdiyeva ATV-dən ayrıldıqdan sonra bir müddət “Space TV”də çalışıb. O, daha sonra MTV-də “6/8 axşam şousu” adlı proqram aparırdı. O, hazırda “Xəzər TV”də “Gəzək bişirək” proqramına aparıcılıq edir.

M.Güləddinoğlu “Space” telekanalı ilə yollarını ayırdıqdan sonra “Gəldimee gəldim” proqramını DTV-də davam etdirib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136135

Comments are closed, but trackbacks and pingbacks are open.